Təbrizdə SEPAH üzvləri Azərbaycan konsulluğu binasına dini bayraq asıblar – FOTO 

Təbrizdə SEPAH üzvləri Azərbaycan konsulluğu binasına dini bayraq asıblar – FOTO 

Hazırda oxunan: Təbrizdə SEPAH üzvləri Azərbaycan konsulluğu binasına dini bayraq asıblar – FOTO 

87482

İran İnqilabının Keşikçiləri Korpusuna bağlı “FARS” xəbər agentliyi Azərbaycanın Təbrizdəki konsulluq binasının ətrafı və qarşısında dini bayraqların asıldığını yazıb və buna dair fotolar paylaşıb.

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, Azərbaycanda dini mərasimlərə icazə verilmədiyini, əzadarlıq bayraqlarının yığışdırıldıqlarını iddia edən İran mediası konsulluq binasına dini bayraqların asılmasını "dindar gənclər" tərəfindən həyata keçirildiyini iddia edib.

Sosial media fəalları isə öz paylaşımlarında bunun SEPAH və yarım hərbi "Bəsic" qüvvələri tərəfindən edildiyini bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Londondakı səfirliyimizə bu radikal dini qruplaşma HÜCUM EDİB - VİDEO


Qeyd edək ki, oxşar hadisə avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində də baş verib. Səfirliyə hücum edən radikal dini qruplaşma üzvləri Azərbaycan bayrağını yerə atıb, onun yerinə "ya Hüseyn" yazılan bayraqlar asıblar.

İran hökuməti bu işdə əli olmadığını iddia etsə də, Təbrizdə baş verən addımla Londondakı hücumun oxşarlığı hər ikisinin bir mərkəzdən idarə edildiyini göstərir. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO