Ərdoğan və Putin Türkiyəyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıblar.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına dair bildirib.
MÖVZU İLƏ BAĞLI:
Putin və Ərdoğanın 4 saatlıq danışıqları başa çatdı - VİDEO
“Türkiyəyə kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr qaz tədarükününün vacib komponenti müzakirə olunub.
Danışıqlar əsnasında prezidentlər razılaşdırdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik”, - A.Novak bildirib.
Bizim.Media