“İyulun 28-də səhər saatlarında Rusiya ordusu Kiyev vilayətinin Lütej qəsəbəsinə raket zərbəsi endirib. Raketlər hərbi hissənin ərazisinə düşüb”.
Bizim.Media “RBK-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov səsləndirib.
Onun sözlərinə görə, ruslar altı “Kalibr” raketi atıblar. Onlardan biri Buçansk vilayətinə düşüb.
"Hazırda bir binanın dağıldığı, ikisinin isə zədələndiyi barədə məlumat var. Bundan başqa, Buçansk karxanası üzərində havada bir qanadlı raket vurulub", - Qromov bildirib.
O, qeyd edib ki, rus qoşunları zərbəni Qara dənizdən, daha doğrusu Fiolent burnundan endirib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:20 / 28.07.2022
Rus ordusu Qara dənizdən Kiyev bölgəsinə raket atdı
Hazırda oxunan: Rus ordusu Qara dənizdən Kiyev bölgəsinə raket atdı
Hazırda oxunan: Rus ordusu Qara dənizdən Kiyev bölgəsinə raket atdı
85917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.