Zelenski: “Ukrayna “Kiyev Rus dövləti”nin yeganə qanuni varisidir”

Zelenski: “Ukrayna “Kiyev Rus dövləti”nin yeganə qanuni varisidir”

Hazırda oxunan: Zelenski: “Ukrayna “Kiyev Rus dövləti”nin yeganə qanuni varisidir”

85871

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın “Kiyev Rus dövləti”nin yeganə və qanuni varisi olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

“Biz müstəmləkə, muxtariyyət, vilayət deyilik, bölünməz və müstəqil ölkəyik, onun ən azı min yarım il yaşı var. Kiy, Şek, Xoriv və Libed Ukraynanın paytaxtını qurub.

Ukrayna hökmdarlarımız Askold və Dirin, peyğəmbər Oleqin, Şahzadə İqorun, Şahzadə Olqanın, Böyük Vladimirin, Müdrik Yaroslavın, Vladimir Monomaxın nailiyyətləri sayəsində yaranıb”, deyə o vurğulayıb.
Bu gün Ukrayna ilk dəfə olaraq Dövlətçilik Gününü qeyd edir.

Xatırladaq ki, Kiyev Rus dövləti (Kiyev knyazlığı və ya Qədim Rus) qədim şərqi slavyanların 882-ci ildə knyaz Oleq Veşiy tərəfindən əsası qoyulan dövlətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO