Son 3 ayda Ermənistanda 12 jurnalist döyülüb – HESABAT

Son 3 ayda Ermənistanda 12 jurnalist döyülüb – HESABAT

Hazırda oxunan: Son 3 ayda Ermənistanda 12 jurnalist döyülüb – HESABAT

85739

Ermənistanda söz azadlığı ilə bağlı vəziyyət narahatlıq yaradır.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu “Söz Azadlığının Müdafiəsi Komitəsi”nin sədri Aşot Melikyan söz azadlığının vəziyyəti və jurnalistlərin hüquqlarının pozulması, Ermənistandakı mətbuatın hazırkı durumu ilə bağlı bu ilin ikinci rüblük hesabatını təqdim edərkən deyib. 

Hesabata görə, aprel, may və iyun aylarında KİV işçilərinə qarşı fiziki zorakılıq hallarının sayında xüsusi artım müşahidə olunub: 11 hadisə və 12 zərərçəkən qeydə alınıb, onlardan 10-u müxalifət qüvvələrinin təşkil etdiyi vətəndaş itaətsizliyinin işıqlandırılması zamanı baş verib. Bu, ölkədə müharibədən sonrakı və seçkiqabağı kəskin siyasi mübarizənin getdiyi ötən ilin eyni dövründə qeydə alınandan 3 fakt çoxdur.

Mediaya və jurnalistlərə qarşı məhkəmə iddiaları davam edir. Belə ki, 8 yeni belə hal qeydə alınıb. Bu da əvvəlki rübllə müqayisədə bir fakt çoxdur.

İnformasiya əldə etmək və yaymaq hüququnun pozulması hallarına gəlincə, hesabata görə, 3 ayda 24 fakt baş verib.

Komitə sədri vurğulayıb ki, parlament bu yaxınlarda “İnformasiya azadlığı haqqında” qanuna dəyişiklik edib və bununla da cavabdeh şəxsin jurnalistə əsassız olaraq məlumat vermədiyi hallara görə məsuliyyəti sərtləşdirilib. 
Adətən rədd cavabı alan media nümayəndəsi bir qayda olaraq, hüquqi problem yaşamamaq üçün məhkəməyə müraciət etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO