Keçmiş ombudsman isterikaya düşdü: “Ermənistan qoşunlarını niyə Qarabağdan çıxarır?”

Keçmiş ombudsman isterikaya düşdü: “Ermənistan qoşunlarını niyə Qarabağdan çıxarır?”

Hazırda oxunan: Keçmiş ombudsman isterikaya düşdü: “Ermənistan qoşunlarını niyə Qarabağdan çıxarır?”

85355

“Ermənistan Təhlükəsizlik Şurasının katibi bir neçə gün əvvəl Qarabağda Ermənistan silahlı qüvvələrinin bölmələrinin olduğunu bəyan edib”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan öz Facebook səhifəsində yazıb.

“Və əlavə etdi ki, Qarabağda (qondarma rejim nəzərdə tutulur) Ermənistanın hərbi qulluqçusu olmayacaq. Bu məmur hansı səlahiyyət və qanunlarla bu məsələlərdən danışır, ona aidiyyatı olmayan bu cür vacib suallara müdaxilə edir.

Təhlükəsizlik Şurasının bu müsahibəsi açıq-aşkar dövlət əleyhinədir və Ermənistan və Qarabağın (qondarma rejimin) maraqlarına qarşı yönəlib. Bu məmur bizim üçün daha bir təhlükə yaradır.
Açığı Təhlükəsizlik Şurasının bu anti-dövlət bəyanatı Ermənistanın rəsmi mövqeyi kimi qəbul olunacaq və əminəm ki, Paşinyanın özü də bunu bilir.

Əvvəla, bu məsuliyyətsiz bəyanat onu göstərir ki, Ermənistanın Qarabağda hələ də silahlı birləşmələri (alaylar, batalyonlar və s.) var.

Mənim Ermənistanın İnsan Hüquqları Müdafiəçisi kimi hərbçilərin hüquqları ilə bağlı işim aydın göstərdi ki, Qarabağda Ermənistan silahlı qüvvələrinin bölmələri yoxdur.

Ermənistan Təhlükəsizlik Şurasının bu bəyanatı açıq-aşkar yalandır.

Qarabağda Ermənistandan çağırışçıların olub-olmamasının bu məsələyə nə dəxli var? Bu ümumiyyətlə niyə deyilir? 

Bir sözlə, tanış vəziyyətdir. Müxtəlif səviyyəli rəsmilər öz anti-dövlət bəyanatları ilə Azərbaycan silahlı qüvvələrinin Ermənistanın sərhədyanı kənd və şəhərləri yaxınlığında olmasını qanuniləşdiriblər (Rəsmi Bakı öz torpağında mövqe tutub, “Ermənistan” adlı işğalçı dövlət kimi qonşusunun ərazisinə daxil olmayıb).

Təəssüf ki, bu, qaydaya çevrilib. Belə bəyanatlar öz postlarına və sözlərinə görə məsuliyyət daşımayan, fikirləri təhrif edən məmurlar tərəfindən verilir”, - deyə Arman Tatoyan yazıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarabağdan çıxarılır: “Bu proses sentyabrda başa çatacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO