"Şahdəniz" qaz-kondensat yatağından Türkiyəyə qaz tədarükü bu ilin avqustunda dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ dövlət neft-qaz şirkəti öz "Twitter" səhifəsində bildirib.
"Şahdəniz"-Türkiyə (Bakı-Tbilisi-Ərzurum) boru xəttində planlı təmir işləri ilə əlaqədar avqustun 14-dən 28-dək Türkgözü giriş məntəqəsindən milli qazpaylayıcı şəbəkəyə qaz verilişi mümkün olmayacaq. Planlı təmir işləri zamanı milli qazpaylayıcı şəbəkənin tələb və təklif balansında problemlər gözlənilmir", - məlumatda deyilir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ərzurum boru xətti ilə 10,236 milyard kubmetr qaz nəql edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:51 / 25.07.2022
"Şahdəniz" yatağından Türkiyəyə qaz tədarükü dayandırılacaq
Hazırda oxunan: "Şahdəniz" yatağından Türkiyəyə qaz tədarükü dayandırılacaq
Hazırda oxunan: "Şahdəniz" yatağından Türkiyəyə qaz tədarükü dayandırılacaq
85321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.