Ukraynada xüsusi əməliyyat nə vaxt başa çatacaq? – PESKOV AÇIQLADI

Ukraynada xüsusi əməliyyat nə vaxt başa çatacaq? – PESKOV AÇIQLADI

Hazırda oxunan: Ukraynada xüsusi əməliyyat nə vaxt başa çatacaq? – PESKOV AÇIQLADI

84221

“Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı bütün məqsədlərinə çatdıqdan sonra başa çatacaq”. 

Bizim.Media xəbər verir ki, bunu İranın Dövlət Radio və Televiziyasına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Aydın vaxt çərçivələri yoxdur, əsas odur ki, bu əməliyyat effektiv olsun", - deyə Kremlin sözçüsü bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kreml Boris Conson haqda: “O, bizi sevmir, biz də onu"


O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin göstərişinə əsasən Rusiya Silahlı Qüvvələri Ukraynada mülki infrastruktura zərər vurmur, mülki əhaliyə zərbə endirmir:

“Bu baxımdan, Rusiya ordusu yüksək dəqiqlikli silahlardan istifadə etməklə çox diqqətli işləyir, ancaq bunu Ukrayna tərəfi haqqında demək olmaz.

Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin “LXR” və “DXR” “rəhbərləri”nin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO