\

\"Ermənistan-Türkiyə danışıqlarında Rusiyanın öz marağı var\" – Erməni türkoloq

Hazırda oxunan: \"Ermənistan-Türkiyə danışıqlarında Rusiyanın öz marağı var\" – Erməni türkoloq

84123

"Ermənistan-Türkiyə danışıqlarında Rusiyanın da xüsusi marağı var". 

Bizim.Media xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.

“Rusiyanın Qərblə gərgin münasibətlərini nəzərə alsaq, Rusiya üçün Türkiyə ilə quru əlaqəsinin olması çox vacibdir, çünki Türkiyə və Serbiya yeganə ölkələrdir ki, hava məkanı Rusiya üçün bağlı deyil, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyiblər və s.

Gürcüstanla yol bağlanıb, təkcə Ermənistan vasitəsilə əlaqə qalıb. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmuru bildirib ki, NATO Türkiyə ilə bu əlaqəni kəsmək üçün hər şeyi edir. Ona görə də indiki mərhələdə Rusiyanın çox konkret problemi var.

İkincisi, Rusiya-Türkiyə münasibətlərinin bu mərhələsi iki ölkə arasında müəyyən əməkdaşlığı nəzərdə tutur və bu əməkdaşlıq çərçivəsində Rusiya da Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini nəzərdən keçirir”. news.am saytı onun dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO