Ermənilər Qara göl bölgəsində basdırdıqları minaya ÖZLƏRİ DÜŞÜRLƏR

Ermənilər Qara göl bölgəsində basdırdıqları minaya ÖZLƏRİ DÜŞÜRLƏR

Hazırda oxunan: Ermənilər Qara göl bölgəsində basdırdıqları minaya ÖZLƏRİ DÜŞÜRLƏR

82524

“Bir neçə ay əvvəl yazmışdıq ki, Qara göl bölgəsində sərhədimiz qorunmur. Bu baxımdan azərbaycanlılar sərbəst şəkildə Sisyana gələ bilərlər”.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti yazıb.

“Vəziyyət o qədər həyəcanlı idi ki, yerli ordu korpusu Xoznavar kəndi yaxınlığında, uzunluğu təxminən bir kilometr olan hissəni minalamaq qərarına gəlib.

İcmanın keçmiş rəhbəri Varo Qriqoryan bu xəbəri təsdiqləyərək, əlavə məlumat verə bilməyəcəyini deyib. Yerli əhaliyə mina ilə bağlı xəbərdarlıq edilməyib. Kəndlilər bundan ərazidə otlayan atların minaya düşməsindən sonra xəbər tutublar”, – deyə mənbə qeyd edib.

Xatırladaq ki, Laçın rayonunun ərazisində olan, Ermənistanın Gorus rayonu ilə sərhəddə yerləşən Qara göl ötən ilin may ayında Azərbaycan hərbçilərinin nəzarətinə keçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO