"Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə məlumat yoxdur" - Peskov

Hazırda oxunan: "Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə məlumat yoxdur" - Peskov

82204

"Taxıl daşıyan Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə Kremlin məlumatı yoxdur". 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təəssüf ki, Kremldə bu məlumat yoxdur. Düşünürəm ki, Nəqliyyat Nazirliyinə və ya Xarici İşlər Nazirliyinə müraciət etmək məqsədəuyğundur, çünki Türkiyə tərəfi, şübhəsiz ki, gəmi saxlanıldığı təqdirdə, əgər belə bir şey olubsa, səfirliyimizə və baş konsulluğumuza məlumat verməlidir", - deyə Kremlin sözçüsü vurğulayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladı


Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi Ukraynanın Ankaradakı səfiri Vasili Bondara istinadən xəbər vermişdi ki, Ukrayna taxılını daşıdığı iddia edilən Rusiya yük gəmisi Türkiyədə gömrükdə saxlanılıb. Agentliyin məlumatına görə, yük gəmisi hələ də limandadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO