Xəbər verdiyimiz kimi, bu gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.
Bizim.Media Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşün yekunlarına dair açıqlama verilib.
Açıqlamada qeyd edilib ki, tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar veriblər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan və Türkiyə nümayəndələrinin görüşü keçirilir
Həmçinin, Türkiyə ilə Ermənistan arasında birbaşa hava ilə yük ticarətinin mümkün qədər tez başlaması barədə razılığa gəlinib və bu məqsədlə lazımi prosesin başlanmasına qərar verilib.
Bundan əlavə, yekun məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımlar da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlar bir daha vurğulanıb.
Bizim.Media