Ermənistanın Moskvadakı səfirliyi qarşısında baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, səfirlik binasının qarşısında Paşinyanın Moskvaya səfərinə və erməni xalqı adından hər hansı bir sənədin imzalanmasına qarşı çıxan etirazçılar toplanıb.
Onlar "Xalq-bizik. Və biz sizə qarşıyıq", "Dayan Nikol" sözləri yazılmış şüarlar səsləndiriblər.
Aktivistlər qeyd edirlər ki, baş nazirin istefasını gözləyirlər, danışıqlar aparmasını yox.
Etirazçılar Paşinyanın istefasını tələb edən petisiyaya imza toplanmasına da başlayıblar.
"Telegram" kanallarında baş nazirin saat 16:00-da “Ararat Həyat”a getməyi planlaşdırdığı barədə məlumatlar yayılıb. Oteldəki prezident otağının Ermənistan baş nazirinin qalması üçün hazırlandığı bildirilib.
Ancaq oteldən belə bir məlumatın olmadığını söyləyiblər.
Bizim.Media