“Kiyev Rusiya tərəfinin bütün tələblərini yerinə yetirərsə, sülh planı mümkündür”.
Bizim.Media “İnterfax”a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, jurnalistlərin rəsmi Moskvanın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planının ABŞ-ın “The National Interest” nəşrində dərc olunduğu məqalə ilə tanış olub-olmaması ilə bağlı sualını cavablandırıb:
"Xeyr, bizim Amerika jurnalında dərc olunan Ukrayna münaqişəsinin həlli planı ilə tanış olmaq imkanımız olmayıb. Sülh planına gəlincə, bəli, bu, Ukrayna Rusiya tərəfinin bütün tələblərini yerinə yetirdikdən sonra mümkündür".
“Rusiyanın hansı tələblərindən söhbət gedir?” sualına Peskov belə cavab verib: “Ukrayna hər şeyi çox gözəl bilir”.
Bizim.Media
- A-
- A
- A+
Region
15:00 / 23.06.2022
"Ukrayna ilə sülh planı bu şərtlə imzalanacaq" - Kreml
Hazırda oxunan: "Ukrayna ilə sülh planı bu şərtlə imzalanacaq" - Kreml
Hazırda oxunan: "Ukrayna ilə sülh planı bu şərtlə imzalanacaq" - Kreml
80645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.