Basarkeçər rayonunun Qaraqoyunlu kəndində yaşayan ermənilər qorxuya düşüb – SƏBƏB

Basarkeçər rayonunun Qaraqoyunlu kəndində yaşayan ermənilər qorxuya düşüb – SƏBƏB

Hazırda oxunan: Basarkeçər rayonunun Qaraqoyunlu kəndində yaşayan ermənilər qorxuya düşüb – SƏBƏB

79233

2021-ci il mayın 12-də Azərbaycan qoşunları əzəli torpağı olan və Göyçə gölündən 14 km aralıda yerləşən Basarkeçər rayonunun Qaraqoyunlu kəndinin (indiki adı Norabak) ərazilərinə daxil olduqdan sonra ermənilərin su təchizatı kəsilib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı bu gün “news.am” saytının müxbirinə müsahibəsində kəndin başçısı Vazgen Asatryan bildirib.

O bildirib ki, 44 günlük müharibədən əvvəl kənd sakinləri su borusu çəkmişdi, hazırda onun iki kilometrlik hissəsi azərbaycanlıların nəzarətindədir:

“İstifadə edə bilmirik. Digər su kəmərinə də onlar nəzarət edir. Bu su bütün kəndə kifayət edirdi.  İndi Azərbaycan postlarının yanında yerləşən dağdan gələn su təchizatı sistemindən istifadə edirik. Kəndlilər suyu vedrələrlə gətirirlər. Qorxuruq ki, bizi zəhərləyə bilərlər, lakin başqa çıxış yolu yoxdur”, - Asatryan bildirib.

Onun sözlərinə görə, kəndin min hektardan çox otlaq sahəsi Azərbaycanın nəzarətinə keçib. 

“Bizim üçün bu, ciddi itkidir. Elə otlaq yerləri var ki, azərbaycanlıların yanındadır”, - deyə kənd rəhbəri bildirib.

Xatırladaq ki, Qaraqoyunlu kəndində 1988-ci il dekabrın 1-dək 1427 azərbaycanlı yaşayıb. Qeyd edək ki, azərbaycanlılar ermənilərdən fərqli olaraq heç vaxt suyu zəhərləmirlər. 30 il torpağımızı işğalda saxlayan Ermənistanın ifasında isə belə zəhərlənmə faktlarının sayı-hesabı yoxdur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO