Qarabağ məsələsi Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə milli komissiyalarının fəaliyyəti ilə bağlı deyil.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Paşinyan qeyd edib ki, İrəvan və Bakının müxtəlif rabitə formatları var və bu formatlardan biri delimitasiya məsələsinə aiddir.
Paşinyanın sözlərinə görə, Ermənistan-Azərbaycan dialoqunun ikinci istiqaməti İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması formatıdır.
“Regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üçün üçüncü istiqamət də var. Amma təbii ki, Qarabağ məsələsi regionda sülhün bərqərar olması üçün ən vacib məsələdir”.
Jurnalistin “Rusiya bu prosesdə Azərbaycana daha çox dəstək verir” fikrinə Ermənistan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, “Rusiya Ermənistanın strateji tərəfdaşı və müttəfiqidir, lakin onun Azərbaycanla da çox yaxın münasibətləri var”.
O, qeyd edib ki, Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın həyata keçirilməsində Rusiyanın rolu bir qarantdır.
Bizim.Media
- A-
- A
- A+
Region
11:06 / 14.06.2022
Paşinyan: “Azərbaycanla sərhədlərin delimitasiyasının Qarabağa aidiyyəti yoxdur”
Hazırda oxunan: Paşinyan: “Azərbaycanla sərhədlərin delimitasiyasının Qarabağa aidiyyəti yoxdur”
Hazırda oxunan: Paşinyan: “Azərbaycanla sərhədlərin delimitasiyasının Qarabağa aidiyyəti yoxdur”
79156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.