Dağlıq Qarabağdan məzuniyyət üçün Ermənistana qaytarılan əsgərlərin bir qrupuna yenidən bu ərazilərə göndərilməsi barədə xəbərdarlıq edilib. Onların valideyinləri isə İrəvanda Hərbi İnstitutun qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, valideyinlər övladlarının xidmətlərini Ermənistanda davam etdirməsi tələb ediblər.
Onlar deyiblər ki, oğullarının Dağlıq Qarabağa qaytarılmasına yol verməyəcəklər.
“Bizə həmin gün eynilə demişdilər ki, Rusiya və Azərbaycan əsgərlərimizi Qarabağda xidmət etməyə buraxmır. Biz dedik ki, yaxşı, qoy püşkatma keçirilsin və uşaqlar Ermənistanda xidmət etsinlər. İndi isə deyirlər ki, yox, onlar yenidən Qarabağa getməlidir. Uşaqlardan heç biri bunu istəmir və biz də buna yol verməyəcəyik”,- deyə aksiya iştirakçılarından biri jurnalistlərə söyləyib.
Digər əsgər valideyni isə istəkləri təmin edilməsə yolu bağlayacaqlarını vurğulayıb.
“Bizə heç kim təminat vermir ki, uşaqlarımız Qarabağa qədər salamat gedib çata biləcəklər. Ona görə də onlar heç yana gedən deyillər. Biz yolu bağlayacağıq və avtobusları buraxmayacağıq”,- o deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistandan olan çağırışçıları daşıyan avtobuslar Gorus-Laçın yolunda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılib.
Daha sonra erməni tərəfi Rusiya sülhməramlılarına müraciət edərək avtobusların Qarabağa buraxılmasını təmin etməyi xahiş edib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:30 / 08.01.2021
''Övladlarımızın Qarabağda hərbi qulluğuna imkan verməyəcəyik'' - Erməni valideynlər
Hazırda oxunan: ''Övladlarımızın Qarabağda hərbi qulluğuna imkan verməyəcəyik'' - Erməni valideynlər
Hazırda oxunan: ''Övladlarımızın Qarabağda hərbi qulluğuna imkan verməyəcəyik'' - Erməni valideynlər
7833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.