İrəvanda həbslər başlayır - Generallar...

İrəvanda həbslər başlayır - Generallar...

Hazırda oxunan: İrəvanda həbslər başlayır - Generallar...

78057

Qarabağ separatçılarının qüvvələrinin keçmiş komandanı Cəlal Arutyunyan təxminən 20 dəfə dindirilməyə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Joxovurd” qəzeti yazıb.

Mənbə öyrənib ki, Ermənistan İstintaq Komitəsində çox diqqətəlayiq vəziyyət yaranıb. Xüsusilə, ibtidai istintaq orqanı Silahlı Qüvvələrin vəzifəli şəxslərini dindirməyə fəal şəkildə çağırır.
Məlum olub ki, bu yaxınlarda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan və general Cəlal Arutyunyan, eləcə də Silahlı Qüvvələri Baş Qərargahının digər keçmiş rəsmiləri dindirilməyə dəvət olunublar.

Üstəlik, Ermənistan Respublikasının keçmiş müdafiə naziri David Tonoyan yenidən dindirilmək üçün “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsindən istintaqı aparan hərbçilərə təhvil veriləcək. 

İbtidai istintaq orqanı onu müharibə nəticəsində başlanmış cinayət işləri çərçivəsində dindirəcək.
Yeri gəlmişkən, “Joxovurd” qəzetinin eksklüziv məlumatına görə, Cəlal Arutyunyan artıq 20, Onik Qasparyan isə 10 dəfə ibtidai istintaq orqanına çağırılıb. 

“Yaxın gələcəkdə bəzi generallatın ifşaları və həbsləri gözlənilir”, deyə qəzet yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO