Moskvada ermənipərəst jurnalist, teleaparıcı Vladimir Solovyovun həyatına sui-qəsd işində iştirak edən yeddinci şəxs saxlanılıb.
Bizim.Media “Moyka” nəşrinə istiandən xəbər verir ki, paytaxtın Basmannı məhkəməsi həmin şəxsi nəzarətə götürüb.
Solovyova sui-qəsd işində şübhəli bilinən şəxsə 2022-ci il avqustun 3-dək həbs cəsası verilib. O, qabaqcadan əlbir olaraq iki və ya daha çox şəxsin qətlinin hazırlanmasında iştirak etməkdə ittiham olunur.
Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, şübhəlilər Vladimir Solovyovun avtomobilini partlatmaq istəyiblər. Aprel ayının sonunda məhkəmə beş şübhəlini həbsə göndərib, may ayında isə bir nəfər bu iddiaya əlavə edilib. Məhkəmənin mətbuat xidməti bu faktı təsdiqləyib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:23 / 07.06.2022
Ermənipərəst jurnalistə sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər həbs edildi
Hazırda oxunan: Ermənipərəst jurnalistə sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər həbs edildi
Hazırda oxunan: Ermənipərəst jurnalistə sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər həbs edildi
78048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.