Türkiyə tərəfi Ermənistan-Türkiyə prosesini İrəvanla Bakı arasında gedən proseslərlə əlaqələndirir.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə parlamentin hökumət saatında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan danışıb.
Onun sözlərinə görə, Türkiyə tərəfi hər şeyi Ermənistan-Azərbaycan prosesi ilə bağlayır, ancaq ilkin şərt qoymurlar.
"Bu isə Ermənistan-Türkiyə prosesinə əlavə konstruktiv dəyər qatmır və məhsuldar atmosferin yaradılmasına kömək etmir", - Mirzoyan bildirib.
O vurğulayıb ki, danışıqlar davam edir, lakin hazırda ciddi və nəzərəçarpacaq irəliləyiş yoxdur.
“Ermənistan tərəfi adından yalnız onu əlavə edə bilərəm ki, biz irəliləyişi təmin etməyə hazırıq, ictimai bəyanatlarımızda açıq və vicdanlıyıq. Biz sərhədlərin açılmasında, münasibətlərin qurulmasında maraqlıyıq. Türkiyədən də bunun qarşılığını görmək istərdik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycan adından istifadə etməsi və müxtəlif jestləri bu prosesə heç bir töhfə vermir”, - Mirzoyan qeyd edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan etiraf edib ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünün yeri o qədər də əhəmiyyətli deyil.
“Ola bilsin ki, müəyyən mərhələdə, prosesdə nəzərəçarpacaq irəliləyiş qeydə alındıqda, Ankara və İrəvanda belə görüşlər keçiriləcək”, - deyə o yekunlaşdırıb.
Bizim.Media

- A-
- A
- A+
Region
11:38 / 26.05.2022
Erməni nazir Ankaranı İTTİHAM etdi: “Danışıqları Azərbaycanla əlaqələndirirlər”
Hazırda oxunan: Erməni nazir Ankaranı İTTİHAM etdi: “Danışıqları Azərbaycanla əlaqələndirirlər”
Hazırda oxunan: Erməni nazir Ankaranı İTTİHAM etdi: “Danışıqları Azərbaycanla əlaqələndirirlər”
76257
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.