Ərdoğan: “Türkiyə Rusiyadan imtina edə bilməz, bu, strateji məsələdir”

Ərdoğan: “Türkiyə Rusiyadan imtina edə bilməz, bu, strateji məsələdir”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə Rusiyadan imtina edə bilməz, bu, strateji məsələdir”

75209

“Türkiyə Rusiya ilə münasibətlərdən, Rusiya qazından imtina edə bilməz, bu, strateji məsələdir”.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə gənclərlə görüşündə bildirib.

“Bizim hər iki tərəflə (Rusiya və Ukrayna nəzərdə tutulur) əlaqələrimiz var. Rusiya ilə nüvə enerjisi sahəsində bir layihəmiz var. Gələn il “Akkuyu” atom elektrik stansiyasını bitirib, acacağıq. Bu, bizim üçün çox ciddi mənbədir. Hazırda istehlak etdiyimiz qazın 50 faizini Rusiyadan təmin edirik. Bu, strateji önəm daşıyan münasibətlərdir, biz bu münasibətləri kəsib ata bilmərik”, - deyə Ərdoğan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO