Rusiya ABŞ və Ermənistanı ittiham etdi - DETALLAR

Rusiya ABŞ və Ermənistanı ittiham etdi - DETALLAR

Hazırda oxunan: Rusiya ABŞ və Ermənistanı ittiham etdi - DETALLAR

75174

Rusiyanın Ermənistandakı səfirliyi “Rusiya və Ermənistan arasında bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında” bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya erməni mətbuatında yer alıb.

“Mayın 16-da Moskvada KTMT-yə üzv dövlətlərin rəhbərlərinin görüşündə Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqında bioloji təhlükəsizliyin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirib.
ABŞ-ın Ukraynadakı hərbi bioloji proqramı ilə bağlı məlumatlar geniş əks-səda doğurub. Rusiya və Ermənistan arasında bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıqla bağlı aşağıdakıları qeyd etmək istərdik.

Rusiya Federasiyası bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində Ermənistanla məhsuldar qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Onun aktivləşdirilməsinə 2021-ci ilin mayında bioloji təhlükəsizliyin təmin edilməsinə dair ikitərəfli Hökumətlərarası Anlaşma Memorandumunun imzalanması kömək edib.

Eyni zamanda, biotəhlükəsizlik üzrə sözügedən memorandumun icrası kontekstində Ermənistanın ABŞ və onun müttəfiqləri ilə bioloji sahədə qarşılıqlı fəaliyyəti ilə bağlı hələ də suallarımız var.

ABŞ Müdafiə Nazirliyi Gürcüstanda maliyyələşdirdiyi Luqar adına mərkəz vasitəsi ilə Ermənistan və regionun digər ölkələri ilə mikrobiologiya və epidemiologiya sahəsində birgə elmi tədqiqatları gücləndirmək niyyətindədir.
Pentaqonun maraqları naminə Transqafqaz regionunda bioloji tədqiqatlar aparan özəl Qərb şirkətlərinin fəaliyyəti, Ukraynada biolayihələrdə iştirak edən strukturların Ermənistanda olması da diqqətli təhlil edilməlidir. ABŞ və müttəfiqləri Ermənistanda Rusiya sərhədlərinə yaxın ərazidə nə etdiklərini izah etmirlər. Bu amil əsasən Rusiyanın bioloji təhlükəsizliyinin təmin edilməsi kontekstinə görə qabardılır”, - diplomatik nümayəndəliyin bəyanatında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO