“Biz dövlət strukturlarını növbə ilə bloklayacağıq, ölkədə ikili hakimiyyətə nail olacağıq”.
Bizim.Media “Aysor.am”a istinadən xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri, Respublika partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan dünən Fransa meydanında keçirilən mitinqdə bildirib.
O, diasporun da ümumerməni, ümummilli müqavimətə qoşulduğunu vurğulayıb.
“Nikol, Niderlandda soydaşlarımızın sizi necə qarşıladığını gördünüzmü? Bilin ki, bütün erməni xalqı sizin haqqınızda belə düşünür”, – İşxan Saqatelyan diaspor ermənilərinin bu gün Niderlandda təşkil etdiyi etiraz aksiyasına toxunaraq, Nikol Paşinyan və onun siyasətinə etirazlarını bildirib.
İşxan Saqatelyan mitinqin tribunasından “Nikol Paşinyan artıq Ermənistanı və erməni xalqını təmsil etmir” fikirlərini səsləndirib
“Nikol hazırda xaricdədir. Yaxın günlərdə daha çox ziyarətləri olacaq. Mən bir daha bəyan edirəm ki, Nikol Paşinyanın erməni xalqını təmsil etmək mandatı yoxdur, ona görə də bu günlərdə onunla əldə olunan hər hansı razılaşma heç nəyi kəsb etmir”, - İşxan Saqatelyan bildirib.
Müxalifətçi vurğulayıb ki, Nikol Paşinyanın istefası tələbinə qarşı mübarizə yekun məqsədə çatana qədər davam edəcək:
“Sabah da (mayın 12-si nəzərdə tutulur) etirazlar, avtomobil yürüşləri olacaq və saat 16:00-da yenə də Fransa meydanına toplaşacaqlar. Xalq oyanıb, biz geri çəkilməyəcəyik, sona qədər gedəcəyik".
Bizim.Media
- A-
- A
- A+
Region
09:04 / 12.05.2022
"Paşinyanın bu günlərdə əldə etdiyi razılaşmanı tanımırıq" – Vitse-spiker
Hazırda oxunan: "Paşinyanın bu günlərdə əldə etdiyi razılaşmanı tanımırıq" – Vitse-spiker
Hazırda oxunan: "Paşinyanın bu günlərdə əldə etdiyi razılaşmanı tanımırıq" – Vitse-spiker
73911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.