“İran və 4+1 ölkələri Vyana müzakirələrində ümumi razılığa gəlib və sazişin mətni hazırdır. Yeganə qalan məsələ ABŞ-ın cavabıdır”.
Bizim.Media-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ-ın qərarı Vyanada sazişin rahatlıqla imzalanmasına gətirib çıxara bilər:
"Vyana müzakirələrinin koordinatoru Enrike Moranın Tehrana səfəri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Avropa İttifaqının Xarici Əlaqәlәr vә Tәhlükәsizlik Siyasәti üzrә Ali Nümayәndәsi Cozef Borrel ilə telefon danışığından sonra baş tutub. Tehranda nümayəndələrin görüşüb müzakirə aparması zərurəti var idi".
S.Xətibzadə Qətər əmirinin Tehrana səfər edəcəyi xəbərini təsdiqləyib və bildirib ki, bu səfər tezliklə baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
Region
16:33 / 09.05.2022
Vyana danışıqlarında ümumi razılığa gəlinib - İran XİN təsdiqlədi
Hazırda oxunan: Vyana danışıqlarında ümumi razılığa gəlinib - İran XİN təsdiqlədi
Hazırda oxunan: Vyana danışıqlarında ümumi razılığa gəlinib - İran XİN təsdiqlədi
73458
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.