Mixeil Saakaşvili xəstəxanaya yerləşdirildi

Mixeil Saakaşvili xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Mixeil Saakaşvili xəstəxanaya yerləşdirildi

73368

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Mtavari” telekanalı məlumat yayıb.

Məlumata əsasən, sabiq dövlət başçısı Rustavi şəhərində saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Respublika xəstəxanasına köçürülüb.

M.Saakaşvilinin həbsxanadan klinikaya köçürülməsi ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

Qeyd edək ki, eks-prezidentin sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər. Bu tələblə Tbilisi, Batumi və Rustavi şəhərlərində aksiyalar keçirilib.

Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb.(report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO