Rusiya FHN-nin “Lider” Mərkəzinin rəhbəri minatəmizləmə işlərindən danışdı

Rusiya FHN-nin “Lider” Mərkəzinin rəhbəri minatəmizləmə işlərindən danışdı

Hazırda oxunan: Rusiya FHN-nin “Lider” Mərkəzinin rəhbəri minatəmizləmə işlərindən danışdı

7335

Bu gün Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin birləşmiş qrupu hərbi əməliyyatların təsirləndiyi ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan tərəfinə təhvil verilən əraziyə gəlib.

Bizim.Media bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya FHN-nin “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin deyib.

 



MÖVZU İLƏ BAĞLI:

Rusiya Azərbaycana minatəmizləyən heyət göndərdi - VİDEO



Onun sözlərinə görə, 20 nəfərdən ibarət qrupa pirotexniklər, minaxtaranlar, kineloqlar, kadr hazırlığı üzrə təlimatçılar daxildir.

Qrup ərazilərin minalardan təmizlənməsi üçün zəruri avadanlıqlarla təchiz edilib: “Minalanmış sahələrin hüdudları işarələnib, müşavirə keçirib təmizlənəcək ərazilərə dair qərar verəcəyik. Qarşıya qoyulan tapşırıqları həll edəcəyimizi düşünürəm”. (Apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO