Solovyov onun qətlini sifariş edənin adını açıqladı – VİDEO

Solovyov onun qətlini sifariş edənin adını açıqladı – VİDEO

Hazırda oxunan: Solovyov onun qətlini sifariş edənin adını açıqladı – VİDEO

71365

Bazar ertəsi, aprelin 25-də Federal Təhlükəsizlik Xidməti (FTX) rusiyalı teleaparıcı Vladimir Solovyovun qətlini planlaşdıran “neonasist terror təşkilatı”nın üzvlərinin həbs olunduğunu elan edib. İddialara görə, tapşırığı Ukrayna Təhlükəsizlik Xidməti (UTX) verib.

Bizim.Media xəbər verir ki, Solovyov onun öldürülməsi sifarişinin Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən verildiyini açıqlayıb.

Teleaparıcının sözlərinə görə, Ukrayna lideri ən yaxın dostları arasında ondan şikayət edib. 

"Xahiş edib ki, mənimlə haqq-hesabı çürütsünlər" deyə Solovyov qeyd edib.

Jurnalist əlavə edib ki, bu məqsədlə Ukrayna xüsusi xidmət orqanlarına cəlb olunmuş “müxtəlif vətəndaşlar” Rusiyaya göndərilib:

“Zelenskinin bu addımı atmasına səbəb onun haqda dediklərimdir, yəqin bəyənməyib”.

Solovyov xəbərdarlıq edib ki, onun başına bir iş gələrsə, bu zaman Ukrayna lideri günahlandırılacaq.

Aparıcı bu haqda "Solovyov Live" proqramında danışıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO