Putindən Şoyquya ƏMR:

Putindən Şoyquya ƏMR: "O zavoda hücumu dayandırın” - VİDEO

Hazırda oxunan: Putindən Şoyquya ƏMR: "O zavoda hücumu dayandırın” - VİDEO

70730

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Mariupoldakı “Azovstal” sənaye zonasına hücumun məqsədəuyğun olmadığını deyərək dayandırılmasını əmr edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TACC agentliyi yayıb.

Prezident “Azovstal”a hücumun ləğvini rus hərbçilərinin həyatını xilas etmək mülahizələri ilə izah edib.
 

MÖVZU İLƏ BAĞLI:

Şoyqu Putinə məruzə etdi: “Mariupol şəhəri tam ələ keçirilib” – VİDEO


"Biz daha çox əsgər və zabitlərimizin həyat və sağlamlığını qorumaq haqqında düşünməliyik. Bu sənaye obyektinin zirzəmilərinə girib sürünməyə ehtiyac yoxdur”, deyə dövlət başçısı bildirib.

"Bu sənaye zonasını blokadaya alın ki, milçək belə uçmasın. Rusiya “Azovstal”ı tərk edəcək ukraynalı hərbçilərin həyatına zəmanət verir”, deyə o, qeyd edib. 

Xatırladaq ki, “Azovstal”da hazırda 2 mindən çox ukraynalı döyüşçü mühasirəyə alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO