Aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağ üzrə sazişlərin icrasını müzakirə edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Kremlin mətbuat xidməti yayıb.
“Aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olan Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq”, deyə mənbə qeyd edib.
Tərəflər Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar.
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağ üzrə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı məsələlərə də toxunulacaq.
Bizim.Media
- A-
- A
- A+
Region
16:46 / 18.04.2022
Putin sabah Moskvada Paşinyanla görüşəcək: GÜNDƏMDƏ QARABAĞ VAR
Hazırda oxunan: Putin sabah Moskvada Paşinyanla görüşəcək: GÜNDƏMDƏ QARABAĞ VAR
Hazırda oxunan: Putin sabah Moskvada Paşinyanla görüşəcək: GÜNDƏMDƏ QARABAĞ VAR
70231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.