“Ermənistan” və “Mənim şərəfim var” bloklarının təmsil etdiyi parlament müxalifəti növbəti dörd günlük plenar iclaslarını boykot edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “news.am” saytında yer alıb.
Mənbə yazır ki, aprelin 12-də səhər saatlarında Ermənistan müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan müxalifətin bu həftə keçiriləcək iclaslarda iştirak etməyəcəyini açıqlayıb.
"Biz Qarabağa (Azərbaycan ərazisindəki qondarma rejim) və Ermənistanın sərhədyanı rayonlarına gedəcəyik", - Ohanyan izah edib.
Onun sözlərinə görə, Ermənistan və Qarabağ ciddi problemlər qarşısındadır. O qeyd edib ki, müxalifətin son mitinqində ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı qırmızı xətlər çəkilib.
“Ermənistanın indiki hökuməti bir çox daxili və xarici problemləri həll etmək iqtidarında deyil. Son hadisələr yalnız düşündüklərimizi təsdiqlədi. Hər şey Azərbaycan və Türkiyənin istəyi ilə gedir. Ona görə də mövcud vəziyyətlə bağlı parlament müxalifəti elan edir: bu həftə iclaslarda və səsvermədə iştirak etməyəcəyik”, - Seyran Ohanyan vurğulayıb.
“Mənim şərəfim var” müxalifət blokunun parlament fraksiyasının katibi Ayk Mamicanyan da öz növbəsində Milli Assambleyanın iclaslarında iştirak etməyəcəklərini və Qarabağa gedəcəklərini təsdiqləyib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:22 / 12.04.2022
Erməni parlamentinin müxalif deputatları Qarabağa gələcək? – YENƏ QANUNSUZ SƏFƏR
Hazırda oxunan: Erməni parlamentinin müxalif deputatları Qarabağa gələcək? – YENƏ QANUNSUZ SƏFƏR
Hazırda oxunan: Erməni parlamentinin müxalif deputatları Qarabağa gələcək? – YENƏ QANUNSUZ SƏFƏR
69238
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.