Ermənistan parlamentinin dəhlizində spiker Ararat Mirzoyan jurnalistlərin suallarını cavabsız qoyub.
Bizim.Media “News.am”a istinadən xəbər verir ki, jurnalistlər etirazlara rəğmən Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı parlament sədrindən münasibət öyrənməyə çalışıblar.
Mirzoyan mətbuat nümayəndələrinin “Ölkədə baş verə biləcək çevrilişlə bağlı hansısa danışıq, müzakirələr aparılırmı?” sualına cavab verməkdən də yayınıb.
Qeyd edək ki, noyabrın 10-da Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Paşinyanın istefasını tələb edən etirazçılar tərəfindən döyülmüşdü.
Bizim.Media