“NATO bəyanat vermək əvəzinə daha fəal şəkildə müdaxilə edə bilər” – Ukrayna Prezidenti Ofisi 

“NATO bəyanat vermək əvəzinə daha fəal şəkildə müdaxilə edə bilər” – Ukrayna Prezidenti Ofisi 

Hazırda oxunan: “NATO bəyanat vermək əvəzinə daha fəal şəkildə müdaxilə edə bilər” – Ukrayna Prezidenti Ofisi 

65985

NATO bloku Rusiya Federasiyasının gördüyü işlərin risklərini daha intensiv qiymətləndirə və istənilən formatda buna daha fəal müdaxilə edə bilərdi”

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib.

“NATO Ukraynanın hava məkanını bağlamır, kənarda dayanır. Nəticədə 10 milyon insan qaçmağa yer axtarır. 3 milyon insan artıq xaricə gedib. Bu, Avropada humanitar fəlakətdir. Bəs ATƏT, NATO nə üçün var? Bütün bunların pis olduğunu demək üçün?” – deyə Podolyak qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi KİYEV: “Rusiya göstərsin ki, dinc şəhərləri bombalamaq əvəzinə döyüşə bilir” - VİDEO


Onun sözlərinə görə, NATO Ukraynanın hələlik bloka daxil ola bilməyəcəyi barədə açıq bəyanatlar verməkdən daha çox şey edə bilər: "Axı istənilən belə bəyanat Rusiya Federasiyasını Ukraynaya qarşı daha aqressiv addımlar atmağa sövq edir. Biz isə bunun baş verməməsini istəyirik”.

Eyni zamanda o vurğulayıb ki, indi təhlükəsizlik zəmanətləri və NATO ilə gələcək münasibətlərə aid olan hər şey spekulyasiyadır: "Bu gün Ukraynanın maraqları olduğunu və onlara təminat verilməli olduğunu açıq-aydın deyəcək konkret struktur yoxdur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO