“Humanitar dəhlizlərin heç bir əngəl olmadan açıq tutulmalı olduğunu vurğuladıq”.
Bizim.Media xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
MÖVZU İLƏ BAĞLI:
Mövlud Çavuşoğlu üçtərəfli görüş haqqında - "Arzumuz regionda sülhün əldə olunmasıdır"
“Döyüşlər davam edir. Təbii ki, təkcə bir görüşdən möcüzələr gözlənilməməlidir.Bu görüşdə liderlərin görüşü məsələsi gündəliyə gəldi. Ukrayna Prezidenti Volodimir Zelenskinin belə bir görüşə hazır olduğu, Rusiya Prezidenti Vladimir Putinin də görüşə etiraz etmədiyi məlum oldu. Toplantının harada keçiriləcəyi əsas deyil" – deyə Çavuşoğlu qeyd edib.
O, bütün çətinliklərə rəğmən, görüşün mədəni formada keçdiyini söyləyib.
Bizim.Media