Rusiya və Ukrayna XİN başçılarının görüşü nəticəsiz başa çatdı - VİDEO

Rusiya və Ukrayna XİN başçılarının görüşü nəticəsiz başa çatdı - VİDEO

Hazırda oxunan: Rusiya və Ukrayna XİN başçılarının görüşü nəticəsiz başa çatdı - VİDEO

64045

“Cənab Çavuşoğlu iki tərəfin maraqlarını yaxınlaşdırmaq naminə ciddi işlər gördü”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüşdə 24 saatlıq atəşkəs və humanitar dəhlizlərin açılması məsələsini müzakirə ediblər:
 

MÖVZU İLƏ BAĞLI:

Kulebadan Lavrovla görüş barədə İLK AÇIQLAMA: “Danışıqlar çətin keçdi” 


“Ən azından 24 saatlıq atəşkəsin elan olunması ümidi ilə Antalyaya gəldim. Humanitar dəhlizlərin işə düşməsinə ümid edirəm. Rusiya bunu istəmirsə, biz müharibəni dayandıra bilməyəcəyik. Çünki Rusiyanın atəşkəs elan etməsi real görünmür. Amma Ukrayna güclüdür və mübarizə aparmağa davam edir. Diplomatik həlli görmək istəyirik. Lakin təslim olmayacağıq”.

Qeyd edək ki, Türkiyə, Ukrayna və Rusiya XİN başçıları arasında üçtərəfli görüş 1 saat çəkib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO