Azərbaycanla İran arasında yeni sazişlər imzalanacaq - DETALLAR 

Azərbaycanla İran arasında yeni sazişlər imzalanacaq - DETALLAR 

Hazırda oxunan: Azərbaycanla İran arasında yeni sazişlər imzalanacaq - DETALLAR 

64016

Azərbaycan və İranın müxtəlif qurumları arasında anlaşma və sazişlər imzalanacaq. 

Bizim.Media-nın məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər etməzdən öncə verdiyi açıqlamada deyib.

R.Qaseminin sözlərinə görə, bununla əlaqədar iki ölkə arasında Hökumətlərarası Birgə İqtisadi Komissiyasının 15-ci iclasında qərar veriləcək.

İranlı nazir bildirib ki, Azərbaycan vətəndaşlarının İran ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səfəri üzrə anlaşma sənədi imzalanacaq.

Onun sözlərinə görə, komissiyanın iclasında enerji, sənaye sektorunda anlaşmalar əldə olunacaq. Kənd təsərrüfatı üzrə əməkdaşlıq, iki ölkə arasında məhsul mübadiləsi də müzakirə olunacaq. Həmçinin Azərbaycanda İranın "Irankhodro" avtomobilqayırma şirkətinin fəaliyyətinin artırılması nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO