Rusiya hərbçiləri isveçrəli jurnalistə atəş açdı - Pul və sənədlərini götürdülər - FOTO

Rusiya hərbçiləri isveçrəli jurnalistə atəş açdı - Pul və sənədlərini götürdülər - FOTO

Hazırda oxunan: Rusiya hərbçiləri isveçrəli jurnalistə atəş açdı - Pul və sənədlərini götürdülər - FOTO

63499

Ukraynanın Nikolayev vilayətində rus hərbçiləri İsveçrədən olan jurnalisti atəşə tutub və qarət ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Kirovoqrad vilayətinin dövlət administrasiyasının rəhbəri Mariya Çernaya məlumat yayıb.

Jurnalistin sözlərinə görə, o, Ukrayna nəzarət-buraxılış məntəqəsini keçdikdən sonra xidməti avtomobili ilə cənuba doğru hərəkət edib və sözün əsl mənasında bir neçə dəqiqə sonra Rusiya hərbçiləri tərəfindən yaxın məsafədən atəşə tutulub. Eyni zamanda avtomobilin üzərində “Press” işarəsi aydın görünürdü.
 

MÖVZU İLƏ BAĞLI:

Rus ordusu Ukraynada sükut rejimi elan etdi - Humanitar dəhlizlər açılır


Atəşdən sonra jurnalist dərhal yolun kənarına çəkilib. Rus hərbçiləri özlərini təqdim edərək onu axtarıblar.

Jurnalistin pasportu, 3 min avro pulu, şəxsi əşyaları, dəbilqəsi, kameraya çəkdiyi kadrlar və noutbuku götürülüb. Bundan sonra jurnalist buraxılıb. O,  avtomobilə əyləşərək tibbi yardım almaq üçün Kropivnitski şəhəri istiqamətində hərəkət edib.

Regional dövlət administrasiyası rəhbərinin sözlərinə görə, jurnalistin qəlpə yaraları var. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO