Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəni tərk etdiyi barədə xəbərlər yayılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" hesabında V.Zelenskinin Polşaya qaçdığını iddia edib.
MÖVZU İLƏ BAĞLI:
Zelenski Putinə səsləndi: "Mənimlə Makronla danışdığın kimi 30 metrdən danışma..." - VİDEO
Ukrayna Dövlət Xüsusi Rabitə Xidməti deyilənləri təkzib edib, prezidentin Kiyevdə olduğunu açıqlayıb.
“Rus işğalçıları Xerson vilayətində informasiya müharibəsi aparmağa davam edirlər. Bu dəfə onlar Volodimir Zelenskinin Ukraynanı tərk etməsi ilə bağlı saxtakarlığa əl atıblar. Bu məlumat həqiqətə uyğun deyil. Prezident Kiyevdədir", - deyə vurğulanıb.
Bizim.Media