Gürcüstanda yeni hökumətin üzvləri açıqlandı — ADLAR

Gürcüstanda yeni hökumətin üzvləri açıqlandı — ADLAR

Hazırda oxunan: Gürcüstanda yeni hökumətin üzvləri açıqlandı — ADLAR

6311

Gürcüstanda Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə qurulan yeni hökumətin üzvləri açıqlanıb.

Bizim.Media-nın məlumatına görə, dövlət strukturunun təsdiqlənməsi prosesində yalnız iqtidarda olan “Gürcü arzusu” partiyasından 85 deputat iştirak edib. Müxalif 65 millət vəkili isə seçkilərə etiraz olaraq Parlamentə qatılmayıb.

Yeni hökumət Parlament tərəfindən etimad səsi alıb və ictimaiyyətə təqdim olunub.  

Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çkenkeli, Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri Levan Davitaşvili, İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Müdafiə naziri İrakli Qaribaşvili, Səhiyyə və sosial işlər naziri Yekaterina Tikaradze, Ədliyyə naziri Qoça Lortkipanidze, Regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, Xarici İşlər naziri David Zalkaliani, Maliyyə naziri İvane Maçavariani, Daxili İşlər naziri Vaxtanq Qomelauri, Sülh və vətəndaş bərabərliyi üzrə dövlət naziri Teya Axvlediani seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO