Bazar ertəsi səhər rubl tarixi minimuma enərək, dollar və avro qarşısında dəyərinin 30%-dən çoxunu itirib.
Bizim.Media “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, beynəlxalq ticarətin pik nöqtəsində dollar 117 rubla, avro 132 rubla satılır.
Bazar ertəsi Moskva birjasında ticarət Moskva vaxtı ilə saat 15:00-dan gec olmayaraq fəaliyyətə başlayacaq.
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Ukrayna savaşının dünya bazarına TƏSİRİ – Rubl bir gündə 7 faiz UCUZLAŞDI
Valyuta və pul bazarlarında, eləcə də Moskva Birjasının REPO bazarında ticarət səhər saat 10-da açılacaq.
"Rusiya Bankı vəziyyətin inkişafından asılı olaraq digər bazarlarda ticarətin açılmasının məqsədəuyğunluğunu qiymətləndirəcək. Ticarətin açılması və ya açılmaması barədə qərar Rusiya Bankı tərəfindən Moskva vaxtı ilə saat 13:00-da elan ediləcək. Müsbət qərar olarsa, ticarət Moskva vaxtı ilə saat 15:00-da açılacaq", - şərhdə deyilir.
Bizim.Media