Azərbaycan hərbi büdcəsini artırır - Narahat Ermənistan Rusiyaya boylanır

Azərbaycan hərbi büdcəsini artırır - Narahat Ermənistan Rusiyaya boylanır

Hazırda oxunan: Azərbaycan hərbi büdcəsini artırır - Narahat Ermənistan Rusiyaya boylanır

6117

"Azərbaycan 2021-ci ildə hərbi büdcəsini 2,7 milyard dollaradək artırmağı planlaşdırır. Bu da 2020-ci ildəki rəqəmləri üstələyir. Ermənistanın büdcəsi isə təhlükəsizlik məsələsini müstəqil həll etmək üçün hələ də yetərli deyil".

Bizim.Media xəbər verir ki, bunu "Maariflənmiş Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

O bildirib ki, Ermənistan üçün hazırda ən vacib məsələ Sünik bölgəsinin təhlükəsizliyini təmin etməkdir. 

"Döyüşlər dayandırıldıqdan sonra Azərbaycan Prezidenti dəfələrlə Qarabağ məsələsi həll olunsa da, silahlanmağa davam edəcəklərini deyib. Ermənistanın büdcəsi isə təhlükəsizlik məsələsini müstəqil həll etmək üçün yetərli deyil.

Biz bütün büdcəni müdafiəyə yönəltsək belə nəticə verməyəcək.

Buna görə də Rusiya ilə yeni müqavilə imzalamaq və Sünikdə bir baza yaratmaq üçün danışıqlara başlamaq lazımdır.

Belə bir təcrübə var, 102-ci baza uzun illərdir ki, təhlükəsizliyi təmin edir. Qarabağdakı sülhməramlılar Gümrüdən daha çox Sünikdən dəstək ala bilərlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO