Ukraynanın müdafiə naziri: “Bayraktarlarımız havadadır, istənilən ssenariyə hazırıq”

Ukraynanın müdafiə naziri: “Bayraktarlarımız havadadır, istənilən ssenariyə hazırıq”

Hazırda oxunan: Ukraynanın müdafiə naziri: “Bayraktarlarımız havadadır, istənilən ssenariyə hazırıq”

61118

Müdafiə naziri Aleksey Reznikov separatçıların tanınmamış Dnestryanı ərazisində (Moldova) hərbi təlimlərini komediya (fars) adlandırıb. Onun sözlərinə görə, Ukrayna hər tərəfdən gələn zərbənin qarşısını almağa hazırdır.

Bizim.Media-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə nazir TSN nəşrinə bildirib.

“Ukrayna Silahlı Qüvvələri istənilən tərəfdən gələn zərbənin qarşısını almağa hazırdır. Bütün döyüş bölmələrimiz hazırlıq vəziyyətinə gətirilib. Strateji ehtiyatlar hazırlanıb: yanacaq və sursat, ona görə də sürprizimiz yoxdur”, - Reznikov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ukrayna Donbasda “Bayraktar TB2”dən istifadə edir” – Luqansk separatçılarının İDDİASI


Müdafiə naziri əmin edib ki, Ukrayna kəşfiyyatı Qərb tərəfdaşlarının kəşfiyyatı ilə birlikdə Rusiya Federasiyasının hərəkətlərini diqqətlə izləyir.

“Ukraynalı “Bayraktarlar” havadadır. Ona görə də biz istənilən ssenariyə hazırıq”, - deyə o, əlavə edib.

Bundan əlavə, Reznikov Dnestryanıdan potensial təhlükəni qiymətləndirib. Onun sözlərinə görə, bu, “qeyri-ciddi ssenaridir”.

“Rusiya kontingenti tərəfindən müvəqqəti işğal olunmuş Dnestryanı bölgədə keçirilən təlimlər informasiya müharibəsinin elementi kimi istifadə edilən komediyadır (fars). Bu da öz növbəsində hibrid müharibənin tərkib hissəsidir”, - deyə Ukraynanın müdafiə naziri yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO