İstanbulda İsrail konsulluğuna hücum edənlərin şəxsiyyəti müəyyənləşdi – FOTO/VİDEO

İstanbulda İsrail konsulluğuna hücum edənlərin şəxsiyyəti müəyyənləşdi – FOTO/VİDEO

Hazırda oxunan: İstanbulda İsrail konsulluğuna hücum edənlərin şəxsiyyəti müəyyənləşdi – FOTO/VİDEO

605664

İstanbulda İsrail konsulluğunun yerləşdiyi binaya hücum edənlərin şəxsiyyəti müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi "X" hesabında bildirib.

Nazir qeyd edib ki, hücum edənlərdən biri “dindən alət kimi istifadə edən” bir qrupla əlaqəlidir, digər iki nəfər isə qardaşdır. Onlardan birinin narkotiklə bağlı keçmiş məhkumluğu da var.

MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! İsrailin İstanbuldakı Baş Konsulluğuna hücum – Ölənlər var – VİDEO


Çiftçi həmçinin qeyd edib ki, hücumda iştirak edənlər İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gəliblər.

Türkiyə tərəfi hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Qeyd edək ki, atışma zamanı hücum edən şəxslərdən biri öldürülüb, iki nəfər yaralanaraq saxlanılıb, iki polis əməkdaşı isə yüngül xəsarət alıb.

Xatırladaq ki, İsrail təhlükəsizlik səbəbindən diplomatik heyətini Türkiyədən daha əvvəl geri çəkdiyi üçün hücum zamanı konsulluqda israilli diplomatlar olmayıb. Hadisə fonunda əraziyə əlavə polis qüvvələri cəlb edilib və bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO