İran Prezidenti Məsud Pezeşkian bildirib ki, lazım gələrsə, ölkəsi uğrunda canını verməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu bəyanat onun X hesabında yayımlanan paylaşımında yer alıb.
Pezeşkian yazıb: “Bu ana qədər 14 milyondan çox qeyrətli iranlı İranın müdafiəsi üçün canını fəda etməyə hazır olduğunu bəyan edib. Mən də İran üçün canımdan keçməyə hazır olmuşam, hazıram və hazır olacağam”.
Pezeşkianın sözlərinə görə, 14 milyondan çox insanın bu kampaniyaya qoşulması İran cəmiyyətində səfərbərlik əhvalını göstərir.
Qeyd edək ki, Pezeşkianın bu çağırışları ABŞ və İsrailin artan təzyiqi fonunda, xüsusən enerji infrastrukturu ətrafında “insan zənciri” təşəbbüsləri ilə birlikdə önə çıxarır.
Bu bəyanat ABŞ prezidenti Donald Trampın İrana ultimatum verdiyi və Hörmüz boğazı ilə bağlı gərginliyin daha da artdığı bir vaxta təsadüf edir. Pezeşkianın paylaşımı həm daxili səfərbərlik mesajı, həm də xarici təzyiqlərə siyasi cavab kimi qiymətləndirilir.

Bizim.Media

- A-
- A
- A+
Region
12:56 / 07.04.2026
Pezeşkiandan XALQA MÜRACİƏT: “İran üçün canımı verməyə hazıram” - FOTO
Hazırda oxunan: Pezeşkiandan XALQA MÜRACİƏT: “İran üçün canımı verməyə hazıram” - FOTO
Hazırda oxunan: Pezeşkiandan XALQA MÜRACİƏT: “İran üçün canımı verməyə hazıram” - FOTO
605628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































