Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Hazırda oxunan: Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

604760

Türkiyənin Mardin şəhərinin Nusaybin rayonunda qızıl mağazasından təxminən 60 min lirə dəyərində qızıl üzük oğurlayan şəxs tutulub.

Bizim.Media türk mətbuatına istinadən xəbər verir, hadisə Lozan küçəsində yerləşən qızıl mağazasında baş verib.

Mağazaya müştəri kimi daxil olan şəxs üzük almaq istədiyini bildirərək vitrindəki məhsullara baxıb. Bəyəndiyi üzüyü əlinə alan şübhəli, guya şəkil çəkmək bəhanəsi ilə mağazadan çıxaraq hadisə yerindən qaçıb.
 

Oğurluq anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə şübhəlinin üzüyü götürdükdən sonra sürətlə uzaqlaşdığı, mağaza sahibi Süleyman Canın isə onun ardınca çıxaraq istiqamətini müəyyən etməyə çalışdığı əks olunub.


Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində F.M. hadisədən 4 gün sonra Şırnakın Cizre rayonunda saxlanılıb.

Şübhəli polis bölməsindəki prosedurlardan sonra videobağlantı vasitəsilə məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına göndərilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO