İranda əsgərlik yaşı 12-yə endirildi

İranda əsgərlik yaşı 12-yə endirildi

Hazırda oxunan: İranda əsgərlik yaşı 12-yə endirildi

603547

İranda hərbi xidmət yaşının 12-yə endirildiyi iddia olunur.

Bizim.Medi xəbər verir ki, bu barədə ölkənin müxalif mediası İranın Dövlət Televiziyasına istinadən məlumat yayıb.

Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müharibəyə dəstək vəzifələri üçün əsgər qəbulunda minimum yaşı 12-yə endirib. Bu açıqlamalara əsasən, 12 yaşlı uşaqlar patrul, nəzarət məntəqələri və logistika bölmələrində fəaliyyət göstərə biləcəklər.
 

SEPAH nümayənsidə 12 yaşlı uşaqların artıq könüllü şəkildə müxtəlif müharibə yönümlü vəzifələrdə iştirak edə biləcəyini qeyd edib. Bildirilir ki, bu məlumat İranın müharibə səyləri ilə bağlı açıqlamalar fonunda yayılıb və könüllü iştirak çağırışlarının bir hissəsidir.


İranın paytaxtı Tehranda SEPAH nümayəndəsi Rahim Nədali könüllü iştirakla bağlı müraciətlərə toxunaraq, 12 yaşlı uşaqların bu cür dəstək vəzifələrində iştirak edə biləcəyini bildirib.

O qeyd edib ki, bu təşəbbüslər “İran üçün” adlı plan çərçivəsində təşkil olunur. R.Nədali həmçinin vurğulayıb ki, uşaqlar bu fəaliyyətlərdə könüllü iştirak etmək istəyirlər və bununla bağlı rəsmi geniş açıqlama verilməyib. (Yeni Sabah)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO