Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Hazırda oxunan: Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

603505

Türkiyədə narkotik əməliyyatından sonra saxlanılan 14 məşhur ədliyyəyə göndərilib.

Bizim.Media xəbər verir ki, saxlanılanlar arasında iş adamları Burak Elmas (“Qalatasaray”ın keçmiş prezidenti), Fikrət Orman (“Beşiktaş”ın keçmiş prezidenti), Hakan Sabancı, Kerim Sabancı, model Didem Soydan və aparıcı Güzide Duran da var.

Adıçəkilən məşhurlar məhkəmə nəzarətinə götürülüb və onlara ölkədən çıxış qadağası qoyulub.
 

Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.


Qeyd edək ki, narkotik istintaqına cəlb olunan bir çox tanınmış şəxs nüfuzlarının zədələndiyini və günahsızlıq prezumpsiyasının ictimaiyyət qarşısında pozulduğunu bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO