Leninqrad vilayəti İkinci Dünya müharibəsi dövründən bəri ilk dəfə olaraq yüngül A-22 tipli təyyarələrə asılmış aviabombalarla hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Nikolayevskiy Vanek” məlumat yayıb.
Xatırladaq ki, əsas hədəf Rusiyanın Baltik dənizindəki mühüm limanlarından biri olan Ust-Luqa neft terminalı olub. Məlumata görə, zərbə nəticəsində neft doldurma infrastrukturu və rezervuarlar zədələnib, ərazidə genişmiqyaslı yanğın baş verib.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti dronların 900 kilometrdən artıq məsafə qət etdiyini açıqlamışdı. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Rusiyaya məxsus “Purqa” patrul buzqıran gəmisinin də zədələndiyini bildirib.
Qeyd edək ki, Ust-Luqa limanı neft və neft məhsullarının ixracında mühüm rol oynayır. Bu səbəbdən belə hücumlar Rusiyanın enerji gəlirlərinə birbaşa təsir göstərir.

Bizim.Media

































































































