Türkiyə bu ölkələrə çağırış etdi: İrana qarşı müharibə...

Türkiyə bu ölkələrə çağırış etdi: İrana qarşı müharibə...

Hazırda oxunan: Türkiyə bu ölkələrə çağırış etdi: İrana qarşı müharibə...

603325

Türkiyə körfəz ölkələrinin İrana qarşı mümkün hərbi əməliyyata qoşulmaması üçün aktiv diplomatik fəaliyyət aparır.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi anonim mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ankara regiondakı tərəfdaşlarını təmkinli davranmağa çağırır. Bu məqsədlə Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfərlər edib, həmçinin region ölkələrinin digər rəsmiləri ilə telefon danışıqları aparıb.
 

Agentliyin mənbələri bildiriblər ki, Fars körfəzinin ən təsirli dövlətlərinin – xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ-nin – İranın onların ərazilərində enerji və nəqliyyat infrastrukturuna endirdiyi zərbələr səbəbindən “səbr kasası dolub”.


Bununla belə, onlar yalnız İran tərəfindən ən vacib enerji və su obyektlərinə hücum olacağı təqdirdə hərbi münaqişəyə qoşulmağa hazırdırlar.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara mövcud qarşıdurmanın region ölkələri arasında “tükəndirici müharibəyə” çevrilməsini istəmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO