Saxlanılma qərarına Hande Erçeldən İLK REAKSİYA – FOTO

Saxlanılma qərarına Hande Erçeldən İLK REAKSİYA – FOTO

Hazırda oxunan: Saxlanılma qərarına Hande Erçeldən İLK REAKSİYA – FOTO

603315

Türkiyəli aktrisa Hande Erçel barəsinə verilən saxlanılma qərarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib.

Hazırda xaricdə olduğunu bildirən Erçel saxlanılma qərarı ilə bağlı xəbəri mətbuatdan oxuduğunu bildirib:
 

“Məsələni aydınlaşdırmaq üçün ölkəmə qayıdaraq lazımi açıqlamaları və ifadəmi verəcəyəm. Ölkəsini sevən, dövlətinə və Türk ədalətinə güvənən biriyəm. Vəziyyətin ən qısa zamanda aydınlaşacağına inanıram”.


Xatırladaq ki, dünən İstanbul Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində “Beşiktaş”ın keçmiş prezidenti Fikret Orman, “Galatasaray”ın keçmiş prezidenti Burak Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, eləcə də modellər Didem Soydan və Güzide Duran saxlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO