Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Hazırda oxunan: Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

603175

Ermənistan parlamentinin sədri Alen Simonyan "Qarabağ" əvəzinə "Artsax" sözünü işlədən jurnalistə sərt cavab verib .

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.
 

"Niyə "Artsax" deyirsiniz? Bəs kimsə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verəndə niyə əsəbiləşirsiniz?" - deyə spiker media nümayəndələrinə iradını bildirib.


Simonyandan bir vaxtlar özünün "Artsax" dediyini soruşduqda, spiker belə cavab verib:

"Yanılmışam. O halda, xahiş edirəm, hansısa ölkədə kimsə Yerevanı İrəvan, Sevanı isə başqa cür adlandıranda narahat olmayın".

Jurnalistlərin Sevanın Ermənistan ərazisi olması ilə bağlı şərhlərinə parlamentin spikeri belə cavab verib: "Qarabağ da Azərbaycana məxsusdur".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO